İsveçin Uppsala şəhərində (Stokholmun şimal-qərbində) bir neçə yandırılmış Qurani–Kərim məscidin nümayəndələrinə göndərilib.
AzerTimes xəbər verir ki, bu barədə “Aftonbladet” məlumat yayıb.
Məlumata görə, yandırılmış Quranlar məscidin idarə heyətinin üzvlərinə göndərilib.
Baş verən hadisə nəticəsində Uppsala məscidində müşahidə kameralarının quraşdırılmasına qərar verilib.