Yanaraq ölən erməni hərbçilərin valideynləri yolu bağladı

Yanaraq ölən erməni hərbçilərin valideynləri yolu bağladı

Ermənistanda hərbi hissədə yanaraq ölən 15 hərbçinin valideynləri İrəvan-Sevan yolunu bağlayıblar.

AzerTimes xəbər verir ki, bu barədə valideynlərin vəkili Norayr Norikyan Feysbuk səhifəsində yazıb.

O bildirib ki, valideynlər baş nazir Nikol Paşinyan və müdafiə naziri Suren Papikyanla görüş tələb edirlər.

“Onlar gəlib valideynlərin suallarını cavablandırmalı, oğullarının ölümü ilə bağlı izahat verməlidirlər. Yaxud da valideynlərini qəbul edəcəkləri konkret gün və saatı qeyd etməli və sualları cavablandırmalıdırlar”, – vəkil yazıb.

Teqlər: