Gəncə-Samux yolunun Samux rayon ərazisindən keçən hissəsində yanacaq daşıyan maşın aşıb.
AzerTimes Report-a istinadən xəbər verir ki, nəticədə 40 tona yaxın yanacaq yola dağılıb.
Qəza səbəbindən avtomobil yolunda nəqliyyatın hərəkətində çətinlik yaranıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası və Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.
Bir müddətdən sonra yolda avtomobillərin hərəkəti bərpa olunub.
Yük avtomobilin sürücüsü, Kürdəmir rayon sakini, 1993-cü il təvəllüdlü S.Qurbanov müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.