Yamaykada Haiti prezidenti Jovenel Moizin qətlində əsas şübhəli sayılan keçmiş Haiti senatoru Con Coel Cozef saxlanılıb.
Trend xarici KİV-lərə istinadən xəbə verir ki, Cozefin muzdluları silahla təmin etdiyini və görüşlər planlaşdırdığını iddia edilir. Haiti polisinin araşdırma hesabatında deyilir ki, keçmiş Haitili senator prezidentə sui-qəsd etmək istəyində böyük rol oynayıb.
Xatırladaq ki, prezident Moiz ötən il iyulun 7-nə keçən gecə öz iqamətgahında öldürülmüş, həyat yoldaşı yaralanmışdı. Sui-qəsddə 26-sı Kolumbiyalı və ikisi Haitidən olan amerikalı olmaqla bir qrup muzdlu iştirak edib.