Mən bu çılğınlığı oxudum və düşündüm ki, bu, çox şeydir. Baxmayaraq ki, əvvəllər yalnız qadağan olunmuş beynəlxalq terror təşkilatlarının nümayəndələri belə fikirlərlə çıxış edirdilər.
AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Çexiya Prezidenti Petr Pavelin “Şimal axını” ilə bağlı fikirlərini şərh edərkən deyib.
Qeyd edək ki, daha öncə Pavel çıxışında “Şimal axını”nın Ukraynanın qanuni hədəfi olduğunu, savaşın təkcə hərbi hədəflərə qarşı deyil, həm də boru kəmərləri olan strateji hədəflərə qarşı aparıldığını bəyan edib.