Xəbər - Nərgiz Sadıxova, tərcümə Orxan Nəbiyev – Trend:
Yalnız sıx əməkdaşlıq Cənubi Qafqaz regionunun demilitarizasiyasına xidmət edə bilər.
AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili ATƏT Parlament Assambleyasının 20-ci qış sessiyasında deyib.
O qeyd edib ki, Cənubi Qafqazı Türkiyə vasitəsilə Avropaya bağlayan Azərbaycanla Ermənistan arasındakı avtomobil və dəmir yolları 1993-cü ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalından sonra bağlanıb:
“İşğalla əlaqədar regional infrastruktur faktiki olaraq dağıdılmışdı. Artıq keçən il işğal faktı aradan qaldırıldı. Azərbaycan öz ərazilərini işğaldan azad edib, Ermənistan qoşunlarını bu bölgədən çıxarıb. Münaqişə ilə bağlı BMT-nin 4 qətnaməsi icra edilərək Azərbaycanın ərazi bütövlüyü bərpa olunub”
Komitə sədrinin sözlərinə görə, COVID-19 pandemiyası ilə əlaqədar bütün ölkələrin iqtisadi artımı azalıb:
“Bu səbəbdən Azərbaycan və Türkiyə 3+3 regional əməkdaşlıq formatını təklif edir. Təklif olunan format Türkiyə, Rusiya, İran, Azərbaycan, Gürcüstan və Ermənistanı əhatə edir. Qeyd edək ki, Azərbaycanın həyata keçirdiyi layihələr nəticəsində regionumuz Qərb və Şərqlə əla iqtisadi və nəqliyyat bağlantılarına malikdir. Biz inanırıq ki, bu əməkdaşlıq formatı bölgə ölkələri arasında etimad mühitini daha möhkəmləndirəcək”.