ABŞ-ın Federal Rabitə Komissiyasının üzvü Brendan Karrın Tiktok sosial şəbəkəsinin “Google Play” və “AppStore”dan çıxarılması tələbi liberal totalitarizmdir.
AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Teleqram kanalında yazıb.
“Belə bəyanatlardan sonra siz başa düşməyə başlayırsınız ki, yalnız canavar dərisindəki qoyunlar belə bir şey düşünə bilər. ABŞ Konstitusiyasına edilən ilk düzəliş və prinsipcə, Ağ Evin bütün bəyanatlarında nə var? Söz azadlığı? Amerika bayraqları altında liberal totalitarizm”, – Zaxarova yazıb.