İsraillə əlaqəsi olmayan gəmilərə hücum etməyəcəyik.
AzerTimes xəbər verir ki, bu barədə Yəmənin üsyançı “Ənsar Allah” (Husi) hərəkatının nümayəndəsi Məhəmməd Abdel Salam bildirib.
“İsraillə əlaqəli gəmilər istisna olmaqla, Qırmızı dənizin təhlükəsiz olduğunu təsdiq edirik. Əgər İsrailə qarşı dəniz əməliyyatlarını dayandırmağımızı istəyirsinizsə, Qəzza zolağının blokadası aradan qaldırılmalı, ora ərzaq və dərman çatdırmalıdır”, – deyə o əlavə edib.
Onun sözlərinə görə, husilərin Qırmızı dənizdəki əməliyyatları ciddi iqtisadi təsirə malikdir.