İsrail bütün bölgəni fəlakətə sürükləyir, İran və Səudiyyə Ərəbistanı isə birlikdə bölgəyə təhlükəsizlik və sabitlik gətirə bilər.
AzerTimes xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı deyib.
“Bu gün səudiyyəli həmkarlarımızla uzun yolda ilk addımları atdıq. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmmd bin Salmanla qarşılıqlı maraq doğuran əhəmiyyətli məsələri müzakirə etdik”, – deyə, Arakçı vurğulayıb.
Qeyd edək ki, Arakçı Ərəbistanda səfərdədir.