Yalnız hicablı qadınlara xidmət göstərilir – Vəhidi

Yalnız hicablı qadınlara xidmət göstərilir – Vəhidi

Dövlət xidmətlərindən istifadə edə bilmək üçün qanunlara riayət etmək lazımdır.

AzerTimes xəbər verir ki, bu sözləri İran daxili işlər naziri Əhməd Vəhidi açıqlamasında deyib.

“Xidmət bütün insanlar üçün olsa da, onu almaq üçün müvafiq qanunlara əməl edilməlidir. Bu qaydalardan biri də hicab geyinməkdir. Bunu pozanlara dövlət xidmətləri göstərilməyəcək”,- nazir bildirib.

Qeyd edək ki, ümumxalq etiraz aksiyaları səngiyəndən sonra hicabla bağlı şəriət qaydalarına riayət etməyən onlarla iş yerinin fəaliyyətinə qadağa qoyulub.

Teqlər: