Yalnız Cümə məscidini tam dağıtmayıblar, çünki… – Əliyev

Yalnız Cümə məscidini tam dağıtmayıblar, çünki… – Əliyev

Ağdam şəhəri işğal illəri ərzində dağıdılıb və burada olan daşlar oğurlanaraq satılıb. Ermənilər yalnız şəhərdəki Cümə məscidini tam dağıtmayıblar, çünki ondan müşahidə məntəqəsi kimi istifadə ediblər.

AzerTimes xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı bildirib.

“Ermənilər işğaldan azad olunmuş ərazilərdə məscidləri dağıdıblar. Yalnız Şuşa, Laçın və Kəlbəcərin bir hissəsində dağıntılar törədilməyib. Bunun səbəbi Ermənistanın beynəlxalq hüquq normalarını pozaraq köçürmə siyasəti aparması və bu ərazilərə erməniləri qeyri-qanuni köçürməsi olub”, – Prezident vurğulayıb.

Teqlər: