Qərb ölkələri müstəmləkəçilik, kütləvi ölümlər, oğurluq və ədalətsizlik siyasətini əsaslandırmaq işində çox bacarıqlıdırlar.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, Qərb dünyada siyasi, iqtisadi, hərbi və texnoloji dominantlığın əsasını formalaşdırmaq məqsədilə başqa ölkələrin dünyagörüşünün dəyişilməsinə nail olub:
“Qərbin məqsədi aydındır: öz təhlükəsizliyini və rifahını təmin etmək. Məhz buna görə dünyanın qalan hissəsi münaqişə, yoxsulluq və xaos uçurumuna sürüklənir”.
Türkiyənin dövlət başçısı əlavə edib ki, Qərbdən gələn mənfi tendensiyalara müqavimət göstərməyin yeganə yolu öz mədəniyyətinə və dəyərlərinə sadiq qalmaqdır:
“Yalnız bu yolla bizə qurulmuş tələlərin öhdəsindən gələ bilərik”.