ABŞ və Çin fikir ayrılıqlarını kənara qoyub, birlikdə hərəkət etsələr, Ukraynadakı mühairbəni bitirə bilərlər.
AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Zelenski Çinin münaqişənin həllində böyük rol oynaya biləcəyini vurğulayıb:
“Moskva Pekindən, onun ixrac bazarından çox asılıdır. Bu səbəblə Çin müharibənin taleyində böyük rol oynaya bilər. Düşünürəm ki, ABŞ və Çin birlikdə bunu bacararlar. Anlayıram, bu iki ölkənin arasında bəzi məsələlər, cavabsız suallar var. Lakin biz bu müharibənin Ukrayna və bütün dünya üçün ədalətli bitməsini istəyiriksə, onlar birlikdə hərəkət etməlidirlər”.