Hazırda Putin Ukraynaya qarşı müharibəyə son qoymaq istəmir.
AzerTimes xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.
“Putin 15-16 iyunda İsveçrədə keçirilməli olan Sülh Sammitini pozmağa çalışır. Yalnız qlobal ictimaiyyətin prinsipial mövqeyi Putini müharibə əvəzinə sülhü seçməyə məcbur edə bilər”, – D.Kuleba qeyd edib.