Yalçın Topçu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycanı təbrik edib

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan türklərinin sözdə, fikirdə və əməldə bir olduğu, onları ayırmağa çalışanlara inad olaraq bir gün tək vətən çərçivəsində birləşəcəklərini qeyd etdikləri gündür.

Bunu Trend-ə açıqlamasında Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

“Azərbaycan xalqının 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni ilini təbrik edirəm, Allahdan azərbaycanlı qardaşlarımızın Yeni ildə bütün arzularının gerçəkləşməsini arzulayıram.

Türk-İslam dünyasının şairi Əbdürrəhim Qaraqoçun

Yaza dönsün qışınız, bayramlar bayram olsun.
Dərd görməsin başınız, bayramlar bayram olsun.
Otlar tikanlar dolsun Nəmrutların canına,
Asan olsun işiniz, bayramlar bayram olsun

şeirini 30 il işğal altında qalmış Qarabağ torpaqlarını 44 günlük Vətən müharibəsi ilə azad etmiş Azərbaycanın qəhrəman millətinə, şanlı ordusuna və Prezident, Ali Baş Komandan İlham Əliyevə həsr edirəm”, – deyə Y.Topçu bildirib.

Teqlər: