Yalandan əl çəkin, Qarabağ məsələsi bitdi – Arutyunyan

Yalandan əl çəkin, Qarabağ məsələsi bitdi – Arutyunyan

Ermənistan qonşuları ilə problemləri özü, düşünərək həll etməlidir. Əlbəttə ki, vasitəçilərin köməyi ilə. Vasitəçilər isə var – Rusiya və Qərb. İrəvana seçmək qalır. Ancaq bu və ya digər şəkildə Qarabağ məsələsi Ermənistan üçün bağlandı – vasitəçinin kim olmasından asılı olmayaraq.

AzerTimes. xəbər verir ki, bu fikirləri erməni ictimai xadim, hüquq müdafiəçisi və publisist Vardan Arutyunyan paylaşıb.

“Qərb regionumuzda sülh yaratmaq və Rusiyanı burdan çıxarmaq istəyir, Rusiya isə həll olunmamış Ermənistan-Azərbaycan münaqişəsi hesabına regionda qalmağa və onu idarə etməyə çalışır. Ermənistan hansı istiqaməti seçəcəyinə qərar verməlidir. İstəsək də, istəməsək də, hər iki halda Qarabağ Azərbaycanın bir hissəsi olaraq qalacaq. Nə Qərb, nə də Rusiya Azərbaycanın ərazi bütövlüyünə şübhə edir. Bu gün yalnız öz günahımız üzündən hər şeyi itirdiyimiz halda və əlimizdə heç bir kozurumuzun olmadığı bir məqamda, bu və ya digər vasitə ilə Qarabağı əldə edə biləcəyimizə inanmaq yanlış olardı. Çünki bu, yalan təbliğatdır. Qarabağ Azərbaycandır və bu dəyişilməz qalacaq”, – deyə publisist qeyd edib.

Teqlər: