Yakutiyanın ilk prezidenti vəfat etdi

Yakutiyanın ilk prezidenti vəfat etdi

Rusiyanın Yakutiya Respublikasının ilk prezidenti Mixail Nikolayev 87 yaşında vəfat edib.

AzerTimes xəbər verir ki, bu barədə Yakutiya hökumətinin saytında məlumat yayılıb.

Mixail Nikalayevin vəfatı ilə bağlı Yakutiyada matəm elan olunub.

Yakutiyanın rəhbəri Aysen Nikolayevin qərarı ilə Mixail Nikolayevlə vida mərasimi avqustun 6-da Moskvada, Rusiya Federasiyasının Prezidenti yanında respublikanın daimi nümayəndəliyində keçiriləcək.

Avqustun 7-də isə Yakutsk şəhərində Opera və Balet teatrında dəfn mərasimi keçiriləcək.

Teqlər: