Yahoo’nun adı dəyişdirilir

Yahoo’nun adı dəyişdirilir

Yahoo səhmdarları firmanın Verizon-a olan satış əməliyyatını təsdiqləyib.

Şirkətdən verilən açıqlama ilə Yahoo-nun Verizon-a 4.48 milyard dollar qarşılığında satılması səhmdarların tərəfindən da təsdiqlənmiş oldu.

Məlumata görə tam anlaşma razılığı 13 iyun olaraq təyin olunub. Yahoo-nun yeni adı isə bundan sonra Altaba Inc. olacaq. Bu açıqlama ilə birlikdə Yahoo-nun New York birjasında hissələri günlük 10.2 faiz olarkən, Verizon isə hissə başına 0.7 faiz gerilədi.

Müqavilə ilə birlikdə mütəxəssislər, Yahoo-nun 1 milyarddan çox istifadəçisinin Verizon-a keçəcəyini vurğulayır. Onlar şirkətin internet xidmətləri bazarında payının ciddi şəkildə artacağını qeyd edir.