Xəbər - Çingiz Səfərli – Trend:
Bu gün səhər saatlarından Bakı şəhərinin bəzi ərazilərində qısamüddətli intensiv yağış yağıb. Bununla əlaqədar bəzi küçə və prospektlərdə su basma halları baş verib, gölməçələr yaranıb.
Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) AzerTimes-a bildirilib ki, yağışın fəsadları “Azərsu” ASC və şəhərin kommunal təsərrüfatı xidməti əməkdaşları tərəfindən aradan qaldırılır: “Şəhərin kanalizasiya şəbəkəsi “Azərsu” ASC-nin balansında olduğundan qurumun mütəxəssisləri bu işlərə cəlb edilib. Şəhərin kommunal xidmətləri tərəfindən birgə əlaqələndirmə, məlumatlandırma və diqər zəruri tədbirlər görülür.
Eyni zamanda, qeyd olunmalıdır ki, intensiv yagış zamanı diqər ölkələrdə də oxşar hallar müşahidə olunur”.