Bir neçə gündür ki, yağan aramsız yağış Ucarda ciddi fəsadlar yaradıb.
AzerTimes Xəzər TV-yə istinadən xəbər verir ki, yağış suları şəhər ərazisində bir neçə küçədə həyətlərə, evlərin zirzəmisinə dolub. Yevlaxda isə yolları su basıb.
Ucarda, əsasən də şəhərin Məmməd Əmin Rəsulzadə küçəsində olan həyətlər daha çox yağış sularının altında qalan ərazilərdəndir.
Məsələ ilə bağlı Ucar rayon Kommunal Müəssisələr Kombinatı İdarəsinin canlı qüvvə və texnikaları ərazilərə cəlb olunub. Gün boyunca həyət və zirzəmilərdən suyun çəkilməsi təmin olunub.
Ötən gecədən başlayaraq yağan güclü yağış Yevlaxda da fəsadlara yol açıb. Şəhərin Heydər Əliyev, Nizami prospektləri, Səməd Vurğun küçələrində avtomobillərin gediş-gəlişi çətinləşib.
Yevlaxda yağışın yaratdığı fəsadlar adiyyəti qurumlar tərəfindən aradan qaldırılıb. Sel suları dolan küçə və prospektlər texnikalar vasitəsi ilə təmizlənib.
Ətraflı süjetdə: