Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Bu barədə AzerTimes-a Mərkəzdən bildirilib.
Hazırda bu yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
Heydər Əliyev prospekti – Kənar yol, mərkəz istiqamətində;
Heydər Əliyev prospekti – Əsas yol, mərkəz istiqamətində;
Ziya Bünyadov prospekti – Olimpiya stadionunun qarşısından “20 Yanvar” metrostansiyası istiqamətində;
Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
Bakı-Sumqayıt şosesi – “20 Yanvar” metrostansiyası istiqamətində;
Binəqədi şosesi – “Azadlıq prospekti” metrostansiyası istiqamətində;
Tiflis prospekti – “20 Yanvar” metrostansiyasıdan mərkəz istiqamətində;
Koroğlu Rəhimov küçəsi – Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
Üzeyir Hacıbəyli küçəsi – Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti istiqamətində;
Rəşid Behbudov küçəsi – Mərkəzi Bank istiqamətində;
Neftçilər prospekti – Azneft dairəsi istiqamətində;
Babək prospekti – Mərkəz istiqamətində;
20 Yanvar dairəsində.