Yağıntılardan sonra çaylarda suyun səviyyəsi açıqlanıb

Xəbər - Çingiz Səfərli – Trend:

Dekabrın 25-də Respublika çaylarında və tranzit çaylarda mövcud vəziyyət açıqlanıb.

Bu barədə Trend-ə ETSN-in Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Beləliklə, bu gün Lənkəran-Astara bölgəsindən axan Təngərüdçay-Vaqo məntəqəsində suyun səviyyəsi 6 sm artıb, Viləşçay-Şıxlar, Lənkərançay-Sifidor,o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı və Kiçik Qafqazın ərazisindən axan Kürəkçay-Çaykənd məntəqələrində isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb, Zəyəmçay-Ağbaşlar və Gəncəçay-Zurnabad məntəqələrində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 136 m3/s qeydə alınır ki, bu da ongünlük normanın 93 %-ni təşkil edir. 2020-ci ilin müvafiq dövründə bu rəqəm 100 m3/s olmaqla, ongünlük normanın 69 %-ni təşkil edib.


Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi 40,0 m3/s qeydə alınır ki, bu da ongünlük normanın 55 %-ni təşkil edir. 2020-ci ilin müvafiq dövründə bu rəqəm 37,0 m3/s olmaqla, ongünlük normanın 51 %-ni təşkil edib.

Kür-Surra məntəqəsində suyun səviyyəsi 20 sm artıb və səviyyə 340 sm olub, su sərfi isə 103 m3/san (2020-ci ildə səviyyə 355 sm su sərfi isə 116 m3/san təşkil etmişdi), Kür-Şirvanda suyun səviyyəsi 2 sm artaraq 127 sm olub (2020-ci ildə səviyyə 193 sm təşkil etmişdi), Kür-Bankədə suyun səviyyəsi 2 sm azalaraq və 110 sm olub (2020-ci ildə 155 sm təşkil etmişdi).

Araz-Novruzluda isə suyun səviyyəsi 3 sm artıb və səviyyə 60 sm olub (2020-ci ildə səviyyə 138 sm təşkil etmişdi).

Teqlər: