Yağıntılar Kür çayında sululuğun artmasına səbəb olub (FOTO)

Mart ayının ikinci ongünlüyündə yağan yağıntılarla əlaqədar
çaylarda, o cümlədən Kür çayına tökülən çaylarda sululuq artıb.

Bunu Trend
Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin
direktoru Asif Verdiyev bildirib.

“Son günlər yağan yağıntılar Kür çayında sululuğun artmasına və
nəticədə duzluluğun azalmasına səbəb olub”, – o deyib.

A.Verdiyevin sözlərinə görə, Kürün aşağı axınında aparılan
monitorinqlərin nəticələrinə görə, dünən olduğu kimi, bu gün də
duzluluq norma daxilindədir. Bu da Kürdən keçən su həcminin xeyli
artması ilə bağlıdır.

Teqlər: