Yağıntı miqdarının azalması anbarlarda su ehtiyatının azalmasına səbəb olub

Xəbər - İlhamə İsabalayeva – Trend:

Azərbaycanda yağıntıların miqdarının azalması anbarlardakı su ehtiyatının bir qədər azalmasına səbəb olub, amma görülən tədbirlər nəticəsində su anbarlarındakı tarazlıq qorunub saxlanılıb.

AzerTimes-ın məlumatına görə, bunu bu gün “Eksperet saatı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin və Təbii Sərvətlərin Tənzimlənməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib.

Onun sözlərinə görə, hazırda su anbarlarında kifayət qədər su var: “Azərbaycanda 140-dan çox su anbarı var. Bu anbarlardakı sular iqtisadiyyatın, kənd təsərrüfatının inkişafında xüsusi rol oynayır”.


Nazirlik rəsmisi əlavə edib ki, ölkədə 10 su anbarının yenidən qurulması və ya tikilməsi nəzərdə tutulur: “Yeni su anbarlarının texniki-iqtisadi əsaslandırılması aparılır. Ümid edirik ki, yaxın illərdə onların tikintisinə başlanılacaq”.

Teqlər: