Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar onlayn tədbir keçirib.
İclasda YAP Gəncə şəhər təşkilatının idarə heyəti, aparat üzvləri, ərazi ilk partiya təşkilat sədrləri, partiya fəalları və gənclər iştirak edib. Anım tədbirini giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev xalqımıza qarşı törədilmiş soyqırımın tarixindən, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Qarabağ bölgələrində ermənilər tərəfindən minlərlə azərbaycanlının xüsusi amansızlıqla qətlə yetirilməsi, on minlərlə insanın evlərindən didərgin salınması barədə geniş məlumat verib. Erməni millətçiləri tərəfindən zaman-zaman xalqımıza qarşı yürüdülən etnik təmizləmə və soyqırım siyasətinin bu gün də davam etdiyini bildirən millət vəkili, Ermənistanın, Dağlıq Qarabağ münaqişəsi zamanı da, öz faşist idialogiyasından əl çəkmədiyini və əliyalın dinc əhaliyə qarşı xüsusi amansızlıqla kütləvi qətliamlar və soyqırım törətdiyini qeyd edib.
Naqif Həmzəyev xalqımızın ermənlilər tərəfindən başına gətirilən bu faciələrin, siyasi qiymətinin isə ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla verildiyini bildirib. Məhz bu fərmandan sonra bütün dünya azərbaycanlılarının 31 martı Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd etdiyini diqqətə çatdırıb. İclasda iştirak edən digər natiqlər də, tarixən ermənilərin Azərbaycan xalqına qarşı xəyanətlərindən, insanlığa yaraşmayan qanlı əməllərindən, misli görünməmiş cinayətlərindən söz açaraq, erməni separatizmi, “böyük ermənistan” xülyasının tarixi qaynaqları barədə fikirlər bildirərək, gənc nəslə tarixi həqiqətlərimizin çatdırılmasının vacibliyi vurğulayıblar.
Millət vəkili Naqif Həmzəyev iclasa qatılan iştirakçılara təşəkkür edərək, hər bir azərbaycanlının çoxdan gözlədiyi tarixi ədalətin isə Müzəffər Aili Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu trəfindən torpaqlarımızın işğaldan azad olunması ilə bərqərar olduğunu qeyd edib. Sonda şəhər məktəblilərinin iştirakı ilə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan şeirlər səsləndirilib.