Yaddaşı möhkəmləndirən qoxu

Yaddaşı möhkəmləndirən qoxu

“Aromaterapiya (bitkilərdə olan uçucu yağlarla edilən müalicə) yaddaşı möhkəmləndirməyə kömək edirmiş.” Bunu İngiltərənin Nortumbriya Universitetinin alimləri aşkar ediblər.

İngiltərə alimləri eksperimentlər zamanı belə nəticəyə gəliblər ki, bibəriyənin qoxusu yaddaşı yaxşılaşdırır. Bunu aşkar etmək üçün alimlər xüsusi yaddaş testləri aparıblar. Testlər əvvəl adi otaqda, daha sonra bibəriyə qoxusu olan otaqda aparılıb. Məlum olub ki, bibəriyənin qoxusu testlərin nəticələrinə təsir edib və nəticələr 7% artıb.

Alimlərin sözlərinə görə, bibəriyənin qoxusu həm böyüklərin, həm də uşaqların yaddaşına müsbət təsir edir. Alimlərin fikrinə görə, bunun səbəbi bibəriyənin beyində informasiyanın daşınmasına cavabdeh olan xüsusi birləşmələrə olan təsiridir.

biberiye-yagi

Əvvəlki xəbər