Əgər Kanada parlamentinin keçmiş sədri Ukrayna-Kanada nasistinin Hitlerin tərəfində vuruşduğunu bilmirsə, deməli, o, axmaqdır.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kanada parlamentinin keçmiş spikerinin Yaroslav Qunkonun II Dünya müharibəsi zamanı Ukraynanın müstəqilliyi uğrunda ruslara qarşı vuruşması barədə açıqlamasını şərh edərkən deyib.
Putin eks-spikerin çıxışının ya savadsızlığından, ya da onun əclaf olmasından xəbər verdiyini bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin bu həftə Kanadaya səfəri zamanı görüşə dəvət olunmuş “Qalisiya” diviziyasının 98 yaşlı veteranı Yaroslav Qunko bu ölkənin parlamentində alqışlarla qarşılanıb. İclası zamanı Kanada İcmalar Palatasının keçmiş spikeri Entoni Rot iclas zalında Ukraynanın müstəqilliyi uğrunda ruslara qarşı vuruşan II Dünya müharibəsi veteranı olduğunu deyib.