ABŞ-ın yeni prezidenti Donald Tramp Amerika ordusunun nüvə potensialını artırmaq gərəkdiyini bildirib.
Tramp tez-tez paylaşımlar etdiyi twitter hesabında yazıb: “Dünya ağıllı davranana qədər ABŞ öz nüvə potensialını artırmalıdır.”
Yeni nəsil qitələrarası raketlərin yaradılmasında “Locheed Martin”, “Boeing” və “Northrop Grumman” kompaniyaları maraqlıdır. Proyektin dəyəri 85 milyard dollar qiymətləndirilir.
Tramp nüvə silahları ilə bağlı açıqlamasını Putinin çağırışından sonra edib.
Putin də ölkəsinin nüvə potensialının artırılması yönündə çağırış edib:
“İndiki anda biz istənilən potensial təcavüzkardan daha güclü vəziyyətdəyik. Ancaq əgər biz bir an belə yumşaqlıq göstərsək, vəziyyət tez bir şəkildə əks hal ala bilər.”
Putin həmçinin nüvə hücumlarından müdafiə sistemlərinə qarşı daha effektiv nüvə silahlarının hazırlanması gərəkdiyini bildirib.