XXl əsrin əsas sosial xəstəliklərindən biri – Disbakterioz

Bağırsaq disbakteriozu XXl əsrin əsas sosial xəstəliklərindən biri hesab olunur. Mütəxəssislərin hesablamalarına görə Yer kürəsinin böyük yaşda olan əhalisinin təxminən 90%-i bu xəstəliyə düçar olmuşdur. Disbakterioz – bağırsaq mikroflorasının tərkib və miqdarının pozulması nəticəsində yaranan patoloji vəziyyətdir. Bu zaman faydalı bifido və laktobakteriyaların sayı azalır, patogen (xəstəlik törədən) mikroorqanizmlərin miqdarı isə artır. Disbakterioz həzm sistemi orqanlarının bir çox xəstəliklərini müşayiət edir.

Disbakteriozun yaranma səbəbləri

Bağırsağın disbakteriozu demək olar ki, heç bir zaman birincili patologiya kimi inkişaf etmir. Disbakterioza təkan verən amillər aşağıdakılardır:

•Mikroorqanizmlərin həyat fəaliyyətini zəiflədən dərman vasitələrinin (antibiotiklər, sulfanilamidlər, hormonal vasitələr, sitostatiklər və s.) istifadəsi.Həmçinin disbakterioz cərrahi müdaxilələrdən sonra müşahidə edilə bilər.

•Qeyri-düzgün, balanslaşdırılmamış qidalanma

•Psixoloji stresslər

•Bağırsağın infeksion xəstəlikləri

•Həzm sisteminin digər xəstəlikləri (pankreatit, hepatit, qastrit və s.)

•İmmun pozğunluqlar, endokrin xəstəliklər, metabolik dəyişikliklər

•Bioritmlərin pozulması,akklimatizasiya

•Bağırsaq motorikasının pozulması.

Yetkin insanın bağırsağında normada orta hesabla 2-3 kq (500 növə yaxın) mikroorqanizm yaşayır. Bu bakteriyalar-simbionitlər bilavasitə həzm aktında iştirak edir. Sağlam orqanizmdə mikrofloranın kəmiyyət və keyfiyyət tərkibi fizioloji tarazlıq – normobiosenoz (eubioz) vəziyyətində olur. Bağırsaq florasının tərkibi dəyişdikdə balans pozulur, bu da həzm prosesinə mənfi təsir göstərir.

Disbakteriozun əlamətləri

İlk növbədə qeyd etmək lazımdır ki, disbakterioz zamanı heç də bütün əlamətlər bağırsaqla və ya həzm sistemi ilə bağlı olmur. Çox fərqli istiqamətdə inkişaf edərək təzahür edən şikayətlər, həm xəstəni, bəzən də həkimləri çaşdıra bilir. Və nəticədə xəstə başqa xəstəliyin müalicəsi ilə məşğul olur.


  • Dispeptik sindrom – ishal (bəzən qəbizliklə ishalın növbələşməsi), qarında köp, gəyirmə, ağızda xoşagəlməz dad, bağırsaqda qurultu;
  • Bağırsaq disbakteriozundan əziyyət çəkən əksər insanlarda (xüsusən uşaqlarda) qida məhsullarına qarşı əvvəllər müşahidə olunmayan allergik reaksiyalar yaranır. Onlar həm adi allergik (övrə, qaşınma, bronxospazm, angionevrotik ödem), həm də bağırsaq xarakterli (sulu konsistensiyalı köpüklü nəcis, qarında kəskin ağrı, ürəkbulanma, qusma) ola bilər.
  • Malabsorbsiya sindromu – müxtəlif qida maddələrinin bağırsaqda sorulma prosesinin pozulması metabolik substratların defisiti – zülal-enerji çatışmazlığı, hipovitaminozlar (ilk növbədə B qrup vtaminləri üzrə), anemiya, ion balansının pozulması, kalsium defisiti və s. ilə təzahür edir;
  • Orqanizmin intoksikasiyası – halsızlıq, iştahsızlıq, subfebrilitet, başağrıları;
  • İmmunitetin zəifləməsi – infeksion xəstəliklərin (KRX, KRVİ, herpes) tez-tez təkrarlanması, göbələk infeksiyaları.

Disbakteriozun diaqnostikası

İlk növbədə xəstənin şikayətləri əsasında xarakterik dispeptik pozğunluqlar aşkar edilir, fizikal baxış keçirilir. Disbakteriozun əlamətləri bir qayda olaraq, birincili patologiya fonunda təzahür edir. Bağırsaq disbakteriozunun laborator diaqnostikasının ən spesifik metodları disbakterioza görə analiz və nəcisin bakterioloji əkilməsidir. Koproqramma, nəcis kütlələrinin biokimyası, qaz-maye analizi disbakteriozun dolayı əlamətlərini nümayiş etdirir.

Disbakteriozun müalicəsi

Terapiya bir neçə istiqamətdə aparılır: patogenetik müalicə, həzm prosesinin korreksiyası, xəstəliyin kəskin əlamətlərinin aradan qaldırılması, bağırsağın müdafiə funksiyasının qoruyucu xüsusiyyətlərin möhkəmləndirilməsi və bağırsağın normal biosenozunun bərpası.

  • Patogenetik terapiya ilkin patologiyaya qarşı yönəldilir. Bundan əlavə bağırsağın motor funksiyasının bərpasına və iltihabın ləğvinə istiqamətləndirilən tədbirlər həyata keçirilir, əvəzedici ferment terapiyası aparılır.
  • Rasiona qida lifləri ilə zəngin məhsulların, canlı bakteriya kulturalarının daxil edilməsi.
  • Sorulmayan selektiv antibiotiklər (rifaksimin), bağırsaq antiseptikləri (nifuroksazid), tərkibində pathogen bağırsaq florasının antaqonistləri, bakteriofaqlar olan preparatlarla mikrofloranın tərkibinin korreksiyası.
  • İmmunitetin immunomodulyatorlarla (exinaseya preparatları, nuklein turşuları və s.) bərpası.

Normal mikrofloranın bilavasitə bərpası üçün aşağıda qeyd olunan preparat qruplarından istifadə olunur:

  • probiotiklər (zəruri mikroorqanizmlərin canlı kulturalarından ibarət preparatlar);
  • prebiotiklər (faydalı floranın böyümə və çoxalmasını təmin edən maddələr) yəni normal mikrofloranın qidası;
  • sinbiotiklər (tərkibində həm mikroorqanizmlər, həm də onların inkişafı üçün zəruru komponentlər olan kompleks preparatlar).

Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliklərlə yanaşı müxtəlif xəstəliklərə qarşı effektiv və təsirli bir mübarizə üçün yüksək keyfiyyətli dərmanlar, təbii dərmanlar, kosmetik və gigiyena məhsulları, uşaq qidaları və tibbi ləvazimatlar üçün *7700 ilə əlaqə saxlayaraq axtardığınız dərmanları pulsuz çatdırılma ilə əldə edə bilərsiniz.

Sifariş üçün:

+99455 251 77 00 (WhatsApp) nömrəsinə yaza, və ya * 7700 ilə əlaqə saxlaya bilərsiniz.

Mobil tətbiq aptekonline.az.

Mobil tətbiqi buradan yükləyin:

  • aptekonline.az/qr
  • aptekonline.az
  • onlineaptek.az

Çatdırılma Pulsuzdur!

Teqlər: