Bu gün Azərbaycan təhlükəsizlik orqanları peşə bayramını qeyd
edir.
Bu münasibətlə Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif
videolayihəsinin qonağı xüsusi xidmət orqanlarının veteranı, uzun
illər bu orqanlarda yüksək vəzifələrdə çalışmış istefada olan
polkovnik Azər Qarayev olub.
A.Qarayev bildirib ki, təhlükəsizlik orqanları Azərbaycan
dövlətinin əsas sütunlarından biridir. Bu gün Azərbaycanın xüsusi
xidmət orqanları dövlətimizin və xalqımızın təhlükəsziliyini təmin
edən mühim dövlət qurumnlarından biri kimi Ali Baş Komandan,
Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri şərəflə yerinə
yetirir.
“Son illər istər Dövlət Təhüləsizliyi Xidməti, istərsə də Xarici
Kəşfiyyat Xidməti xüsusi peşəkarlığı ilə seçilir. Bu orqanların
sıraları daim saflaşır, vətənə, dövlətə, milli-mənəvi dəyərlərə
sadiq kollektiv formalaşır, əməkdaşların peşəkarlığı durmadan
artır. Bir sözlə, xüsusi xidmət orqanlarının əməkdaşları üzərlərinə
düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər”, – deyə o əlavə
edib.
Azər Qarayev xüsusilə vurğulayıb ki, tarixi Zəfərlə başa çatan
44 günlük Vətən Müharibəsi zamanı da xüsusi xidmət orqanlarının
əməkdaşları böyük qəhrəmanlıqlar və müstəsna şücaətlər
göstəriblər:
“İkinci Qarabağ müharibəsi zamanı təhlükəsizlik orqanlarının
əməkdaşları Ali Baş Komandanın etimadını əzmlə doğruldub, ölkəmizin
ərazi bütövlüyünün təmin edilməsində mühim rol oynayıb. Həmçinin
son illərdə düşmənin terror-təxribat əməllərinin, pozuculuq
fəaliyyətinin qarşısının alınmasında qətiyyətli mübarizə
aparılırb”.
Polkovnik qeyd edib ki, təhlükəzilik orqanları ölkəmizdə
korrupsiya və rüşvətxorluqla mübarizə sahsində də uğurlar əldə
edib:
“Dövlət Təhlükəsziliyi Xidməti Prezident İlham Əliyevin qarşıya
qoyduğu vəzifələrin öhdəsindən layiqincə gəlir və bəzi dövlət
qurumlarında baş verən neqativ halların aradan qaldırılması işinə
mühim töhvələr verilir”.
Müsahibənin videovariantını təqdim edirik.