Xüsusi təyinatlılar serblərin olduğu kəndlərə yeridildi

Xüsusi təyinatlılar serblərin olduğu kəndlərə yeridildi

Kosova hakimiyyəti Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılarını serblərin yaşadığı şimal ərazilərə göndərib.

AzerTimes xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

“Bu gün onlar bütün xüsusi təyinatlılarını şimalda 4 fərqli cinaha göndəriblər. Srbitsa – Zubin – Potok və digər yerə…”, – deyə o bildirib.

Prezidentin sözlərinə görə, çərşənbə axşamından etibarən cərimələr yazılmağa başlayacaq.

O bildirib ki, Priştina hakimiyyəti aylardır zorakılıq hərəkətləri planlaşdırıb.

Qeyd edək ki, Kosova hökuməti avtomobil nömrələri üçün yeni qeydiyyat nişanı ( RKS – Kosova Respublikası) tələbi irəli sürüb. Hökumət israrla serb əsilli vətəndaşlardan yeni dəyişikliklərə riayət etməyi tələb edir.

Teqlər: