Rusiya xüsusi təyinatlıları atışmanın baş verdiyi “Krokus Siti Holl” (Crocus City Hall) binasına basqın ediblər.
AzerTimes xəbər verir ki, bu barədə Baza Teleqram kanalı məlumat yayıb.
İlkin məlumatlara görə, dörd cinayətkar cinayət yerindən qaça bilib. Yol polisi əməkdaşları “Krokus Siti Holl” yaxınlığında yolları bağlayır.
Maskalanaraq, cinayət yerindən qaçmış ola biləcək 4 nəfərin axtarışı davam etdirilir. “Şot” xəbər verir ki, Moskvada “Siren” planı tətbiq edilib və polis qüvvələri gücləndirmə üçün toplanır.