Özlərini buraxan qondarma və keçmiş separatçıların İrəvanda toplaşdıqları “nümayəndəliyə” erməni xüsusi təyinatlılar gəlib.
AzerTimes xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
İddia edilib ki, onlar qapıdan zorla içəri keçməyə çalışır.
Qeyd edək ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasından sonra İrəvanda separatçı tör-töküntülərinin “nümayəndəlik” adı altında bir binada fəaliyyətlərini davam etdirməsi Ermənistanın işğal siyasətini tam dayandırmadığı anlamına gəlir.