Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydaları haqqında
təbliğat və izahedici məlumatların çatdırılması məqsədilə Müdafiə
Nazirliyində yaradılan təşviqat qrupu respublikanın ümumtəhsil orta
məktəblərində şagirdlər, valideynlər və müəllimlərlə görüşlər
keçirir.
Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, görüşlərdə zabit peşəsinə marağın
aşılanması, hərbi vətənpərvərlik işinin orta təhsil müəssisələrində
daha da səmərəli təşkilinə dair fikir mübadiləsi aparılır, hərbi
rəhbərlərin təklifləri və istəkləri qeydə alınır.
Müdafiə Nazirliyinin zabitləri Heydər Əliyev adına Azərbaycan
Ali Hərbi Məktəbinə, Hərbi Tibb Fakültəsinə, Heydər Əliyev və
Cəmşid Naxçıvanski adına hərbi liseylərə qəbul qaydaları haqqında
ətraflı məlumat verərək məktəblərin təminatından, sosial-məişət
şəraitindən danışıb, eləcə də qəbulla bağlı sualları
cavablandırırlar.
Görüşlərdə, həmçinin hərbi məktəblər haqqında videoçarxlar və
hərbi vətənpərvərliyə dair filmlər nümayiş etdirilir.