Xəbər - Humay Ağacanova – Trend:
Oktyabrın 26-da keçirilən xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.
Təhsil Nazirliyindən AzerTimes-a verilən məlumata görə,müsahibələrdə uğur qazanan namizədlərin şəxsi səhifəsində bu barədə müvafiq məlumatlar qeyd olunub və onlarla 2021-2022-ci tədris ilinin sonuna kimi müqavilə bağlanılacaq.
Qeyd edək ki, xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi onlayn formatda həyata keçirilib.