Xüsusi əməliyyatın məqsədlərinə çatmaq və Rusiyanın gələcək inkişafı üçün şərait yaratmaq üçün federal, regional və bələdiyyə orqanlarının, partiyaların və ictimai qüvvələrin birləşməsi zəruridir.
AzerTimes xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedyev deyib.
“Biz tarixin çox çətin, demək olar ki, dönüş nöqtəsində yaşayırıq. İndi federal, regional və bələdiyyə orqanlarının, əlbəttə ki, partiya təşkilatlarının, bütün ictimai qüvvələrin səylərini birləşdirmək çox vacibdir”, – Medvedyev qeyd edib.