Xurma adı ilə qanunsuz dərman daşıyan avtomobil saxlanılıb

Xəbər - Çingiz Səfərli – Trend:

Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları dərman preparatlarının ölkənin gömrük sərhədindən qanunsuz olaraq keçirilmə cəhdinin qarşısını alıblar.

Bu barədə AzerTimes-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Belə ki, İran İslam Respublikasından ölkəmizdən tranzit keçməklə Rusiya Federasiyasına “Xurma” yükü aparan, həmin ölkə vətəndaşının idarə etdiyi “Volvo” markalı yük avtomobili “Astara” gömrük postunun idxal yoxlama xəttində saxlanılıb.


Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında, sürücü oturacağının alt hissəsində, yataq yerinin altında, nəqliyyat vasitəsinin qoşqusunun sol-aşağı hissəsində və iki təkərin arasında yerləşən şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulan yeşiyin içərisində gömrük nəzarətindən gizlədilən 1215 həb, 122 flakon, 5 ədəd şprisdə maye halında olan müxtəlif adda dərman preparatları, 73 ədəd dərman preparatına aid olan karton qutu aşkar edilib.

Teqlər: