Xudavənglə bağlı addımlar atılacaq – Hacıyeva

Xudavənglə bağlı addımlar atılacaq – Hacıyeva

Xudavəng monastrında erməni vandalizminin izləri barəsində mərhələ-mərhələ lazımi addımlar atılacaq.

AzerTimes xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlaması zamanı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva deyib.

“Təbii ki, Qarabağ və Şərqi Zəngəzurdakı həm müsəlman, həm də digər dini inancları ehtiva edən bütün abidələr mədəni-tarixi irsiminizin bir hissəsidir. Həmin abidələrin qorunması, mühafizəsi, digər lazımi prosedurlar hamısı həyata keçiriləcək”, – Hacıyeva bildirib.

Teqlər: