Kələbəcər. Trend:
Alban-udi dini icması və digər xristian icmalarının Kəlbəcərdə
Xudavəng monastrını ziyarət edib.
Səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xətti ilə baş
tutub.
AzerTimes-ın Qarabağ bürosunun xəbərinə görə, təşkil olunan səfərdə
Dövlət Komitəsinin, Alban-udi dini icmasının və digər xristian
icmalarının nümayəndələri ilə yanaşı, KİV nümayəndələridə iştirak
edib.
Kəlbəcər rayonunun Vəng kəndi ərazisində yerləşən tarix-memarlıq
abidəsi olan və Azərbaycan Respublikası ərazisindəki ən böyük
monastır kompleksi olan Xudavəng monastırına gələn Dini icma
üzvləri məbəddə dini ayin icra edərək dualar oxuyublar, şəhidlərin
ruhuna şamlar yandırıblar.