Xudatdakı Mərkəzi Cümə Məscidi baxımsız vəziyyətdədir.
AzerTimes xəbər verir ki, bu barədə tanınmış jurnalist İlkin Muradov sosial şəbəkə hesabında yazıb.
Məscidin fotolarını paylaşan jurnalist bildirib ki, məscid 1993-1995-ci illərdə Küveytin İslam İrsinin Dirçəlişi Cəmiyyətinin dəstəyi ilə inşa edilib:
“2001-ci ildən bu vəziyyətdədir. Bu məscid Şeyxin (Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadə nəzərdə tutulur – red.) çətirinin altında olmadığı üçün sahibsiz qalıb”.
Qeyd edək ki, mövzu ilə bağlı QMİ-yə sorğu göndərilib.