Xəbər - Fərid Zöhrabov – Trend:
Bir nəfər Xaçmaz rayon sakini Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinə ərizə ilə müraciət edərək iki nəfər üzdən tanıdığı şəxslərin onun işlədiyi fermaya gələrək onu döydüklərini, ona qarşı qeyri-etik hərəkətlər edərək şəxsiyyətini alçaltdıqlarını və həmin şəxslər tərəfindən ona qarşı soyğunçuluq edilməsi barədə məlumat verib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xudat Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Fuad Fərzəliyev və Şabran rayon sakini Ramil Qurbanov saxlanılıblar. Saxlanılan şəxslər ifadələrində zərərçəkmişə qarşı hədə-qorxu gələrək 1 ədəd matorlu mişar, 60 manat pul və bir baş ördək aldıqlarını etiraf ediblər.
Faktla bağlı araşdırma aparılır.