Xudat şəhərində 8 mindən çox şəxsə peyvənd vurulub

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Xudat şəhərində bu günə kimi 8 mindən çox şəxsə peyvənd vurulub.

Bu barədə AzerTimes-a Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından bildiriblər. Qeyd olunub ki, vaksinasiya prosesi strategiyaya uyğun davam etdirilir: “Hazırda Xudatda 40 yaşdan yuxarı şəxslərin vaksinasiyası aparılır. Yanvar ayının 18-dən bu günə kimi şəhər üzrə 8 mindən çox şəxsə peyvənd vurulub”.

Xəstəxanadan bildirilib ki, vaksinasiya olunan şəxslər arasında əks-təsir qeydə alınmayıb.

Teqlər: