Xudafərin və Qız Qalası Hidroqovşaqları və SES-lərinin tikilməsi tezliklə başa çatdırılacaq – Səfir

İnanıram ki, tezliklə Xudafərin və Qız Qalası hidroqovşaqları və
SES tikilməsi başa çatdırılacaq.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycanın İrandakı səfiri Əli
Əlizadə jurnalistlərə açıqlamasında deyib.

Ə.Əlizadənin sözlərinə görə, bu layihə çərçivəsində işlər davam
etdirilir.

Əlizadə əlavə edib ki, bu yaxınlarda işçi qruplarının iclası
oldu. Eyni zamanda nazir müavinləri səviyyəsində daim təmaslar
həyata keçirilir.

“Burada işlərin demək olar ki, 95%-i başa çatdırılıb. Qalan bir
sıra işlərin həyata keçirilərək tam istifadəyə verilməsi yaxın
gələcəkdə nəzərdə tutulur”, – deyə o qeyd edib.

Teqlər: