XTQ-nin ilk şəhid zabiti haqda film

XTQ-nin ilk şəhid zabiti haqda film

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “Azərbaycan XTQ-nin ilk şəhidi, kapitan Fikrət Məmmədov” adlı sənədli filmin təqdimatında çıxış edib.

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “Azərbaycan XTQ-nin ilk şəhidi, kapitan Fikrət Məmmədov” adlı sənədli filmin R.Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən təqdimatında çıxış edib.

AzerTimes xəbər verir ki, şəhid zabitin haqqında sənədli filmin çəkilməsini, xidmətlərinin vurğulanmasını minnətdarlıqla qeyd edən Q.Paşayeva tarixi Zəfərimizin bütün şəhidlərimizin ruhunu şad etdiyini deyib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Fikrət Akif oğlu Məmmədov (1982–28.05.2014, Füzuli) Azərbaycan-Ermənistan qoşunlarının o zamankı təmas xəttində, 2014-cü il mayın 27-dən 28-nə keçən gecə, saat 02.55 radələrində, ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. Şəhid zabitimiz Fikrət Məmmədov 29 may 2014-cü ildə Bakı şəhərindəki II Fəxri Xiyabanda böyük izdihamla dəfn olunub. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri, zabitləri qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb.

Şəhid zabitimiz “İgidliyə görə” medalı ilə təltif edilib. İgid zabitimiz xidmət illərində “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalları ilə təltif olunub.

Ruhu şad olsun!

Teqlər: