“Xristian irsimizi tanıyaq”: Aleksandr Nevski pravoslav kilsəsi (VİDEO)

Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində “Aleksandr Nevski” pravoslav kilsəsini təqdim edib.

Nazirlikdən AzerTimes-a bildirilib ki, məbəd 1887-ci ildə Gəncə şəhərində həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına ucaldılmışdır. Kilsənin binası kərpicdən Bizans memarlıq üslubunda tikilmişdir. Kilsə 1931-ci ildə Sovet hökuməti tərəfindən bağlanmışdır.

1935-1938-ci illərdə bina muzey binası kimi istifadə edilmişdir. Daha sonra muzey başqa bir binaya (məscidə) köçürüldü və kafedral anbar kimi istifadə edildi.


1946-cı ildə məbəd Rus Pravoslav kilsəsinə qaytarılmışdır. Azərbaycandakı mövcud pravoslav kilsələri arasında ən qədimlərindən biri hesab edilən bu kilsənin əski interyerindən müxtəlif ikonalar günümüzə qədər gəlib çıxmışdır. Bunlar arasında müqəddəs Aleksandr Nevski və müqəddəs Mariya Maqdalena adına ikonları xüsusilə qeyd etmək lazımdır.

2017-ci ildə kilsə tikilməsinin 130 illiyi münasibətilə təmir olunub.

Teqlər: