KTMT hətta ən parlaq dövründə belə mühüm qərarlar verə bilməyib, o ki qala indi İrəvanda keçiriləcək tədbir olsun… Bu, artıq sönmə dövrünü yaşayan bir qurumdur. Bu tədbirdə yalnız sözlər olacaq, iş isə – sıfır. Belə ki, İrəvanda keçiriləcək KTMT-nin tədbirindən nəsə qeyri-adi irəliləyiş gözləməyə dəyməz, xüsusən də Rusiyanın vəziyyətinin indiki mərhələsində.
AzerTimes xəbər verir ki, bu fikirləri rusiyalı politoloq, analitik Aleksandr Xramçixin Ermənistan mətbuatına açıqlamasında bildirib.
“İndi Rusiyanın diqqəti tamamilə fərqli yerdədir, bu ölkənin bir çox problemləri var və əslində KTMT-nin qalan ölkələri Ukraynada nə olacağını gözləyirlər. Xüsusən də indi, informasiya fonunun Rusiyanın xeyrinə inkişaf etmədiyi bir dönəmdə. KTMT ölkələri hazırda heç özləri də bilmir nə etsin. Hadisələrin necə və hansı səmtdə irəliləyəcəyini gözləyirlər.
Aydındır ki, Putin İrəvan tərəfinin iddialarını dinləməyə çalışacaq və elə edəcək ki, kəskin künclər mümkün qədər az olsun. Təbii ki, Rusiya bu mərhələdə mümkün qədər az problem yaşamağa çalışır, amma bacarmır və bu da təbiidir, çünki Qərb hər yerdə fəal işləyir”, – deyə ekspert qeyd edib.