Çinin “XPeng” şirkəti Dubayda keçirilən “Gitex Global 2022” sərgisi zamanı uçan elektrik avtomobilini təqdim edib.
AzerTimes xəbər verir ki, bu barədə “Durov kodeksi” məlumat yayıb.
Məlumata görə, uzunluğu beş metr, eni 4,78 metr, hündürlüyü 1,36 metr olan avtomobili iki oturacaqlıdır. Avtomobilin çəkisi 560 kq, uçuşa icazə verilən çəki isə 760 kq-dır.
Qeyd edək ki, şirkət “X2” adlandırılan modelin qiymətini açıqlamayıb.