Güney Azərbaycanın Xoy şəhərində baş verən zəlzələ nəticəsində 130 min nəfər evsiz qalıb.
AzerTimes xəbər verir ki, bu barədə Təbrizin “Azərəncümən” xəbər saytı məlumat yayıb.
Məlumatda evləri dağılan azərbaycanlıların çadır düşərgələrində yerləşdirildikləri bildirilsə də, yerli sosial media fəalları düşərgələrdə minlərlə insanın acınacaqlı durumda olduğunu yazıblar.
Güney Azərbaycan bölgələrindən zəlzələdən zərər çəkənlər üçün 120 milyard tümən (2 milyon 400 min avro) dəyərində yardım toplanıldığı bildirilib.