Yanvarın 29-da Güney Azərbaycanın Xoy və Salmas şəhərlərində zəlzələ səbəbindən məktəblərdə tətil edilib.
AzerTimes xəbər verir ki, bu barədə Qərbi Azərbaycan əyalətinin Təhsil İdarəsindən bildirilib.
“Yeraltı təkkanların yenidən baş verə biləcəyi ehtimalını nəzərə alaraq, şagirdlərin təhlükəsizliyinin təmin olunması üçün bütün təhsil ocaqlarının tətil edilməsinə qərar verilib”, – məlumatda qeyd edilib.
Qeyd edək ki, Qərbi Azərbaycan əyalətində baş verən zəlzələ nəticəsində 2 nəfər ölüb, 664 nəfər yaralanıb.