Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayev hazırda Bakıdadır və azərbaycanlı tərəfdaşlarla əlaqələri planlaşdırıb. O, həmçinin sülh müqaviləsi mövzusunu müzakirə edəcək.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
“Biz ondan çıxış edirik ki, Xovayev regiona səfərini davam etdirsin və yaxın vaxtlarda İrəvana səfər etsin, dostluq, tərəfdaşlıq şəraitində bütün detalları müzakirə edə bilsin ki, bu təmaslar həqiqətən də reallaşdırılsın”, – o bildirib.
Qeyd edək ki, Xovayevi bu gün Bakıda XİN başçısının səlahiyyətlərini icra edən Ceyhun Bayramov qəbul edib.